Siyəzəndə minik maşını aşdı, xəsarət alan var

Siyəzəndə minik maşını aşdı, xəsarət alan var
14:37 8 Yanvar 2015
103 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Siyəzən rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Regional TV-yə (Region TV) istinadən xəbər verir ki, qəza Bakı-Quba Rusiya Federasiyası dövlət sərhəddi avtomobil yolunun 99-cu km-də qeydə alınıb.

Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Musayev Yaqub Kazım oğlunun idarə etdiyi “Mitsubishi” markalı avtomaşın yoldan çıxaraq aşıb.

Qəza nəticəsində xəsarət alan Y.Musayev Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra o evə buraxılıb.
Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/317931.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR