"Qəbələ" Avstriya klubunu darmadağın etdi

Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” növbəti yoxlama oyununu keçirib.

Metbuat.az-ın məlumatına görə, “qırmızı-qaralar” Zalsburq bölgəsində təşkil olunan hazırlığın ikinci mərhələsində ilk qarşılaşmasında “Qrodiq”lə üz-üzə gəlib.

“Qəbələ” oyunun ilk dəqiqələrindən üstünlüyü ələ alsa da, avstriyalıların müqavimətini yalnız ilk yarının ortalarında qıra bilib. 24-cü dəqiqədə Monroz fərqlənib. Fasiləyədək "qırmızı-qaralar" hesabı artırmağa da nail olub. İlk qoldan 13 dəqiqə sonra Ürfan rəqib qapısına yol tapıb. Baş məşqçi Roman Qriqorçuk oyunun 1-ci hissəsindən sonra Bezotosnı, Hallidey, Hüseynov, Abbasov, Monroz, Ozobiç, Malone və Ramaldanovu əvəzləyib. Onların yerinə meydana Aqil Məmmədov, Elvin Camalov, Asif Məmmədov, Elvin Məmmədov, Fərid Nəbiyev, Roman Hüseynov, Xavyer Ernandes Qonzales və Qismət Alıyev daxil olub.

İkinci hissəyə də "Qəbələ" qolla başlayıb. 47-ci dəqiqədə Asif fərqlənib. Bir dəqiqə sonra Ernandes fərqi artırıb. Asif 56-cı dəqiqədə dubl müəllifi olubsa, 58-ci dəqiqədə Araz penaltini dəqiq yerinə yetirib. Fəridin 75-ci dəqiqədəki qolu matçda sonuncu olub – 7:0.

“Qrodiq” (Avstriya) – “Qəbələ” – 0:7

Qollar: Stiven Monroz, 24, Ürfan Abbasov, 37, Asif Məmmədov, 47, 56, Xavyer Ernandes Qonzales, 48, Araz Abdullayev, 58-p., Fərid Nəbiyev, 75

Beləliklə, “Qəbələ” ikinci təlim-məşq toplanışına böyükhesablı qələbə ilə başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR