Azərbaycana dekabrda daxil olan beynəlxalq internet trafikin həcmi 145 Gbp/s-a çatıb

Azərbaycana dekabrda  daxil olan beynəlxalq internet trafikin həcmi 145 Gbp/s-a çatıb
14:41 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanın ilkin internet provayderi “Delta Telecom” şirkətinin statistikasına görə, noyabrda ölkəyə daxil olan beynəlxalq internet trafikin həcminin kəskin artımı müşahidə olunub.

“ICTnews” xəbər xidmətinin “Delta Telecom” şirkətinin rəsmi statistikasına istinadən verdiyi məlumata əsasən, ölkəyə daxil olan internet trafikin maksimal həcmi son bir ayda 3,4 faiz artaraq 145 Gbp/s təşkil edib.
Bu, Azərbaycana cari il üçün daxil olan internet trafikinin həcminin ən yüksək həddidir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 48,3 faiz artıb.

Ölkənin çıxış trafikinin maksimal həcmi son bir ay ərzində 16,7  faiz artaraq 30 Gbp/s səviyyəsində qalır, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 40 faiz artıb.
 
Aynur Vəliyeva
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34648-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR