“Avropa İnsan Hüquqları Konvensiyası və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ” mövzusunda zona seminarı keçirilib

14:42 8 Yanvar 2015
120 Digər
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 14:40 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Akademiyasının və hakim assosiasiyalarının təşkilatçılığı ilə Sumqayıt Apellyasiya Məhkəməsində “Avropa İnsan Hüquqları Konvensiyası və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ” mövzusunda zona seminarı keçirilib.

 

Ədliyyə Akademiyasından APA-ya verilən məlumata görə, tədbirdə Ali və apellyasiya məhkəmələrinin təcrübəli hakimlərinin və digər mütəxəssislərin mülki işlərə baxılması zamanı Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqi, mülkiyyət hüququnun mühafizəsi mövzularında mühazirələri dinlənilib, bu sahədə Avropa Məhkəməsinin son presedentləri və qərarları barədə səmərəli müzakirələr aparılıb.

Seminarda həmçinin hakim etikası mövzusunda da müzakirələr keçirilib, hakimlərin proses iştirakçıları və ictimaiyyət nümayəndələri ilə qarşılıqlı münasibətinin etik aspektləri, bu sahədə beynəlxalq təcrübə, o cümlədən “Hakimlərin davranışına dair Banqalor prinsipləri” barədə iştirakçılara ətraflı məlumat verilib, fikir mübadiləsi aparılıb.
 

Seminar zamanı hakimlərə metodik kömək məqsədi ilə Avropa İnsan Hüquqları Konvensiyası, Hakimlərin davranışına dair Banqalor prinsiplərinin Kommentariyası və digər vəsaitlər təqdim olunub. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR