ABŞ-da atışma -

ABŞ-ın Arkanzas ştatındakı gecə klubunda baş verən atışma nəticəsində azı 17 nəfər xəsarət alıb.

Metbuat.az xəbər verir ki, hadisə Litl-Rok şəhərində yerləşən “Power Lounge” gecə klubunda baş verib. Yaralanan şəxslərdən birinin vəziyyəti ağırdır.

İlkin məlumata görə, polis insidentin münaqişə zəminində baş verdiyini və terrorla əlaqəli olmadığını bildirir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR