Dünən Fransada "Charlie Hebdo" nəşrinin redaksiyasına edilən hücum zamanı öldürülən polislərdən biri müsəlman olub. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, 42 yaşlı polisin adı Əhməd Merabedir.
Məhz onun ölüm anı internetdə yayılan videoya çəkilib. Terrorçuların səkidə güllələdiyi yaralı insan Ə.Merabe olub. Müsəlman polis əllərini qaldıraraq silahsız olduğunu desə də, terrorçular ona aman verməyiblər.
Milli.Az
Milli.Az