İrəvanın ölən Moskva ümidi

İrəvanın ölən Moskva ümidi
14:56 8 Yanvar 2015
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan - Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələr İrəvanın təhlükəsizliklə bağlı Moskvaya bağladığı ümidləri tam öldürdü.

ANS PRESS-in məlumatına görə, bu fikir Ermənistanın tanınmış analitika portalı “Lragir”in redaksiya heyəti tərəfindən bu gün hazırlanmış “Başı əhlət daşına vurmağın vaxtı çatıb” məqaləsində vurğulanır.

“Spekulyasiya edilən təhlükəsizlik ideyası ya aldadılma idi, ya da bilərəkdən uydurulmuş yalan”,- deyə məqalədə Ermənistanın Avrasiya İttifaqına daxil olması ərəfəsində Serj Sarkisyanın komandası tərəfindən edilən vədlər yada salınır.

Dolayısı ilə Ermənistanın sahibinin Moskva olduğu vurğulanan məqalənin müəllifləri bildirir ki, beynəlxalq mövqeyi zəifləmiş Rusiya Türk Dünyasının, o cümlədən Azərbaycanın tələblərinə tabe olmalıdır.

“Rusiyanın Türkiyə, Qazaxıstan və Azərbaycanla mehriban olmaqdan başqa yolu qalmayıb. Qərbin təzyiqi də onları həmfikir edir.

Təbii ki, bü məsələdə Rusiyanın əlində olan əsas açar Qarabağ münaqişəsi və Ermənistandakı vəziyyətdir”, - deyə məqalə müəllifləri qeyd edirlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR