Ruslan Abışov “Qəbələ”yə qayıtdı

Ruslan Abışov “Qəbələ”yə qayıtdı
15:09 8 Yanvar 2015
175 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının ilk 2 dövrəsini icarə əsasında “Qəbələ”də keçirən Ruslan Abışovun transfer hüququ məxsus olan “Rubin”ə qayıdacağı gözlənilirdi. Apasport.az saytının məlumatına görə, 27 yaşlı futbolçu mövsümün ikinci yarısını da Kazan klubunda keçirməyəcək.

 

Belə ki, Abışov yenidən “Qəbələ”nin düşərgəsinə qayıdıb. Dünən Antalyaya yollanan təcrübəli futbolçu şimal klubunun heyətində məşqə də çıxıb. Hələ ki, Ruslanın “Qəbələ” ilə yeni müqaviləsinin detalları bəlli deyil. Bununla belə, “qırmızı-qaralar” onu çox güman ki, yaya qədər icarəyə götürüblər.

 

Qeyd edək ki, Azərbaycan yığmasının da üzvü olan Ruslan karyerası ərzində “Neftçi” və “Xəzər Lənkəran” klublarının da formasını geyinib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR