ABŞ-da hakimiyyətə gəldikdən sonra Suriya rejimi və dəstəkçilərinə 5 dəfə zərbə endirən Donald Tramp hökumətinin növbəti hücuma hazırlaşıb-hazırlaşmadığı müzakirə mövzusudur.
Metbuat.az-ın məlumatına görə, "Foreign Policy" jurnalı maraqlı bir iddia irəli sürüb. Jurnalda yayımlanan özəl xəbərdə, ABŞ dövlət katibi Reks Tillersonun BMT-nin baş katibi Antoniu Quterreşlə görüş zamanı Bəşər Əsəd rejiminin taleyinin Rusiyanın əlində olduğunu onun nəzərinə çatdırdığı qeyd olunub.
Məqalədə həmçinin ABŞ-ın son aylarda Suriyaya təşkil etdiyi hücumların sadəcə limitli sayda taktiki hədəfləri vurmağa hesablandığı vurğulanıb.