Ana doğuş zamanı qanaxmadan öldü

Azərbaycanda daha bir hamilə qadın həkim səhlənkərlığı nəticəsində dünyasını dəyişib.

Bu haqda mərhum Turanə Məmmədovanın yaxınları məlumat verib.

Onların dediyinə görə, Turanə Məmmədova Qara Qarayevdə yerləşən 7 saylı doğum evində dünyasını dəyişib. 

Hamilə olan xanımı xəstəxanada qan analizi vermədən keysəriyyə əməliyyatına salıblar. Mərhumun yaxınlarının iddiasına görə, xəstədə trombosit çatışmazlığı olub. Əməliyyat zamanı qanaxmanın qarşısını almaq mümkün olmayıb. Mərhumun oğlan övladı isə dünyaya gəlib. Xəstəxanada dünyasını dəyişən xanımın fotosunu təqdim edirik: //Azxeber.com



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR