İsti havalarda susuzluğun qarşısını alacaq qidalar

Havalar isindikcə yediklərinizin və içdiklərinizin də önəmi artır. Soyuq içkilərlə sərinləməyə çalışsaq da, bu qısa müddətlik çarə olaraq qalır.

Metbuat.az xəbər verir ki, istifadə edəcəyiniz bəzi qidalar həddindən artıq istilərdə susuzluğun qarşısını alacaq və orqanizmi vacib vitamin və minerallarla təmin edəcək.

Xurma

Bol miqdarda kalium, maqnezium və dəmirlə zəngin olan xurma susuzluğun qarşısını alır. Gündə 3 ədəd yemək məsləhətdir.

Qara üzüm

Antioksidant xüsusiyyəti ilə seçilən 2 yemək qaşığı qara üzüm susuzluğu aparır.

Biyan şərbəti

İmmunitet sistemini gücləndirən və isti havalarda qazlı içkilərin əvəzinə yaxşı bir alternativdir. Susuzluğun qarşısını alan içkilərdən olan biyan şərbətindən gündə bir stəkan içməyiniz yetərlidir.

Ev üsulu qatıq

Evdə hazırlanan mayalanmış duzsuz qatıq da susuzluğu aparan qidalar arasındadır. İsti havaalrda bir kasa yemək yetərlidir.

Çay

Səhər yeməyində içəcəyiniz 2 stəkan çay bədəninizin susuz qalmasının qarşısını alacaq.

Aysel Yaqubqızı / Metbuat.az 

İsti havada hansı qidaları qəbul etmək olmaz? - Mütləq diqqət edin - Oxumaq üçün tıklayın


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR