“Samsung”un gəlirləri azalıb

“Samsung”un gəlirləri azalıb
15:16 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Samsung Electronics” şirkətinin 2014-cü ilin sonuncu rübündə gəlirləri ilkin proqnozlara görə, ötən illə müqayisədə 37,4 faiz azalıb.  

Şirkətin proqnozuna görə, bu müddət ərzində əməliyyat gəlirləri 5,2 trilyon Koreya vonu (4,7 milyard dollar) təşkil edəcək.

Buna baxmayaraq nəhəng televizor və mobil telefonlar istehsalçısının Cənubi Koreya hərraclarında səhmlərinin dəyəri artmaqda davam edir.
 
Şirkətin 2014-cü ilin dördüncü rübü üçün göstəriciləri haqqında son məlumatlar yanvarın sonunadək məlum olacaq.

“Samsung” ucuz elektronika istehsalçılarının, xüsusilə dünyanın ən böyük smartfon bazarı olan Çin şirkətlərinin kəskin rəqabəti ilə rastlaşıb.

Bu halda bazarda mövqeyini ucuz smartfonlara verən “Galaxy” telefonlarının satışının azalmasını xüsusilə qeyd etmək lazımdır. 

Analitiklər qeyd edirlər ki, son vaxtlar smartfonlar bazarında, o cümlədən Asiya ölkələri bazarında rəqabət kəskin artıb.

Cənubi Koreya istehsalçısı ilə Çində rəqabət aparan yerli "Xiaomi” şirkəti 2014-cü ildə gəlirlərinin iki dəfədən çox artmasını açıqlayıb.

“İki il bundan əvvəl, demək olar, heç tanınmayan “Xiaomi” çox uğurlu şirkətə çevrilib və artıq Çində birinci yerə çıxıb. “Samsung” daha rəqabətqabiliyyətli olmalıdır”, - "Frost & Sullivan” şirkətinin əməkdaşı Endryu Milroy deyib, - “BBC www.bbc.co.uk” yazır.
 
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34651-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR