İŞİD Babəkin edam edildiyi şəhərə hücuma başladı

İŞİD Babəkin edam edildiyi şəhərə hücuma başladı
15:16 8 Yanvar 2015
180 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın Samirə şəhərində İŞİD qruplaşmasının üzvlərinin hökumət qüvvələrinə hücumu nəticəsində azı 2 nəfər ölüb, 30-a yaxın adam da yaralanıb.

ANS PRESS-in məlumatına görə, bu barədə BBC telekanalı xəbər verir.

Məlumata görə, Samirə şəhərinin qərbində əsas magistral yolu boyunca avtomobillərdə gizlədilmiş partlayıcı qurğular işə salınıb. Bundan sonra İŞİD silahlıları şəhəri minaatanlardan atəşə tutublar.

İŞİD-in Samirədə şiələrin əsas məbədlərindən sayılan əl-Əskəri məscidini hədəf ala biləcəyi ehtimal edilir.

Qeyd edək ki, Xürrəmilər hərəkatının liderilərindən biri Babək Xürrəmi 838-ci ildə Samirədə edam edilib. Onun elə bu şəhərdə dəfn edildiyi ehtimal edilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318456

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR