Elmar Məmmədyarov həmsədrlərlə müzakirə apardı

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun Rusiya və Fransadan olan həmsədrləri İqor Popov və Stefan Viskonti ilə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı son təxribatını müzakirə edib.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, nazir onların diqqətinə Azərbaycanın ciddi narahatlığını çatdırıb və bəyan edib ki, Ermənistanın fəaliyyəti istisnasız olaraq vəziyyətin eskalasiyasına və danışıqların pozulmasına istiqamətlənib:

"Nazir bildirib ki, Ermənistan bu təxribatı qəsdən törədib. Belə ki, Yerevana bu ərazilərdə dinc vətəndaşların yaşadığı yaxşı məlumdur".

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.

Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.//Trend

Erməni təxribatı nəticəsində həlak olanlarla bağlı - SON MƏLUMAT -Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR