Azərbaycan öz mövqeyini Rusiya tərəfinə bildirib

Rəsmi Bakı erməni soyadlı Rusiya vətəndaşlarının Azərbaycana daxil olması ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı ilə əlaqədar mövqeyini Rusiya tərəfinə bildirib.

Bunu jurnalistlərə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, tərəflər arasında vizasız rejim haqqında saziş imzalanıb və bu sazişdə qeyd olunub ki, Azərbaycan ərazilərinin iyirmi faizi işğal edilib və orada etnik təmizlik aparılıb.

H.Hacıyev bildirib ki, bəzi şəxslər etnik zəmində təhrikedici fəaliyyət göstərir və bununla əlaqədar Azərbaycan ölkəyə daxilolmalara müəyyən məhdudiyyətlər tətbiq edib:

“Ümid edirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bu cür məhdudiyyətlər aradan qaldırılacaq və vətəndaşlar sərbəst hərəkət edə biləcəklər”.

Prezident və Mehriban Əliyevadan Zəhra və nənəsi ilə bağlı - TAPŞIRIQ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR