Azərbaycanda bu il magistral avtomobil yolları boyu yaşıllıqların salınması üçün 8,4 milyon manat xərclənəcək

15:17 8 Yanvar 2015
123 Digər
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 15:15 ]


Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda bu il dövlət büdcəsindən magistral avtomobil yolları boyu yaşıllıqların salınması üçün ayrılan vəsaitin həcmi açıqlanıb.

 

APA-nın Maliyyə Nazirliyinin təqdim etdiyi “Vətəndaşın büdcə bələdçisi” kitabına istinadən verdiyi məlumata görə, 2015-ci ilin dövlət büdcəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə magistral avtomobil yolları boyu torpaq və qorunma (mühafizə) zolağından kənarda yaşıllıqların salınması, onlara xidmət və landşaft quruluşu işlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün 8,4 milyon manat nəzərdə tutulub.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə su təsərrüfatı xərclərində çirkab sularının təmizləyici qurğularının istismarı və xidməti ilə bağlı xərclərin ödənilməsi üçün ayrılan vəsaitin də həcmi açıqlanıb. Bu məqsədlə bu ilin büdcəsində 0,6 milyon manat vəsait nəzərdə tutulub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368418

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR