127 milyonluq film Bakıya gəldi - VİDEO

127 milyonluq film Bakıya gəldi - VİDEO
15:17 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Çəkilişləri 127 ABŞ dollarına başa gələn “Muzeydə gecə: qəbirlərin sirri” filminin nümayişinə Nizami Kino Mərkəzində başlanılıb.
Bu barədə Milli.Az-a Nizami Kino Mərkəzindən məlumat veriblər.

Filmi rejissor Şon Levi David Qiyonun ssenarisi əsasında ailəvi komediya, fentezi və məcara janrında çəkib.

Nyu –Yorkda yerləşən Amerika Təbii Tarix Muzeyinin gecə bələdçisi Larri Deyli təşviş içindədir: onun dostları olan eksponatlar özlərini qəribə aparmağa başlayırlar və bunun səbəbi onları dirildən Qədim Misir qızıl sikkəsinin parçalanmasıdır. Bu möcüzəli artefaktın sirrini bilən yeganə eksponat - firon Axkmenranın atasıdır və onun mumiyası uzaqda –Böyük Britaniyanın Təbiətşünaslıq Muzeyində saxlanılır. Sevilən qəhrəmanlar komandası Londona görünməmiş səfər edirlər. Onlar britaniyadakı eksponatlarla birləşib qızıl sikkəni bərpa etməlidirlər...

Filmdəki rollara Ben Stiller, Robin Uilyams, Ouen Uilson, Stiv Kuqan, Riki Cerveys, Den Stivens, Rebel Uilson, Skayler Cizondo, Rami Malek, Patrik Qallaxer və başqa aktyorlar çəkiliblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/317943.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR