2015-ci ildə “Apple” şirkəti hansı qurğuları təqdim edə bilər?

2015-ci ildə “Apple” şirkəti hansı qurğuları təqdim edə bilər?
15:21 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“iPhone 6”, “iPad Air 2”, “iPad mini 3” qurğuları, yeni “OS X” əməliyyat sistemi (ƏS) və “iOS 8” platforması sayəsində 2014-cü il “Apple” şirkəti üçün çox məhsuldar il olub. “iPhone” smartfonu iki ölçüdə istifadəçilərin ixtiyarına verilib, masaüstü ƏS-nin interfeysini tamamilə yenidən işləyiblər və “iMac Retina 5K” isə təsvir ölçüsü ilə hər kəsi valeh edib.

Bəs 2015-ci ildə “Apple” şirkəti hansı qurğuları təqdim edə bilər? Dəqiq bilirik ki, “Apple Watch” smart saatı tanıdılacaq, bundan başqa, şayiələrə görə, bəzi digər qurğular da istifadəçilərin ixtiyarına veriləcək.
 
 
 
“Apple Watch” (2015-ci ilin əvvəli)

 
2014-cü ilin sentyabrında təqdim edilmiş “Apple Watch” “ağıllı” saatı “alma” şirkətinin 2015-ci ildə təqdim edəcəyi birinci daşınan cihazıdır. Saatın dizaynı ilə bağlı mübahisələr gedir, amma həmişə belə olur: hamı deyir ki, “Apple Watch”ın dizaynı uğursuzdur, qurğu çıxarılandan sonra birinci həftə satışların həcmi milyonlarla ölçülür.
“Apple Watch” smart saatının idman versiyası üçün satış qiyməti 349 dollardan başlanacaq.
 
“iPad Pro” (2015-ci ilin ortaları və ya sonu)

Şayiələrə görə, bu planşetin ölçüsü 12,2-12,9 düym olacaq və biznes auditoriyası üçün nəzərdə tutulub. Planşetin adı hələ ki tam dəqiq deyil və “iPad Air Plus” adına  dəyişdirilə bilər.
 
Deyilənlərə görə, qurğunun qalınlığı 7 mm olacaq, 2 QB əməli yaddaş, “Touch ID” barmaq izi skaneri və “Wi-Fi 802.11ac” modulu ilə təchiz olunacaq.
Ənənəyə görə, yeni “iPad” payızda nümayiş olunur, amma “iPad Pro” bu ənənəni poza bilər. Son şayiələrə inansaq, sözügedən qurğu 2015-ci ilin yazında və ya yayında nümayiş etdirilə bilər.
 
“iPad Air” və “iPad mini” (2015-ci ilin sonu)

“Apple” hər il “iPad” planşetini yeniləyir, yəni ənənəyə uyğun yeni planşetlər payızda elan ediləcək. 2014-cü ildə “iPad mini 2” cüzi dəyişiklikləri ilə yadda qaldı, ona görə biz cari ildə nəzərəçarpan təkmilləşdirmələrə ümid edə bilərik. Şayiələrə görə, yeni “iPad mini” planşeti “A8X” prosessoru və nazik korpusla təchiz ediləcək.
 
“iPhone” (2015-сi ilin sonu)

İlk “iPhone” smartfonu 2007-ci ildə nümayiş olunub. O vaxtdan “Apple” hər il yeni smartfonunu təqdim edir, buna görə 2015-ci ilin payızında “iPhone 6S” və “iPhone 6S Plus”u gözləmək lazımdır. Yeni “iPhone” haqda demək olar heç nə məlum deyil.
 
“Retina” displeyli “MacBook Air 12" (2015-ci ilin ortalarında)

“Apple”dan gözlənilən yeniləmələrdən biri “Retina” displeyli “MacBook Air” noutbukudur. Hesab edilir ki, yeni noutbukda enerjiyə səmərəli “Broadwell” prosessoru istifadə ediləcək.
Şayiələrə inansaq, “MacBook Air” daha nazik olacaq və bir neçə rəngdə satılacaq.
“Retina” displeyli “MacBook Pro” (2015-ci ilin ortaları və ya sonu)
2014-cü ildə “MacBook Pro” noutbukunda yalnız prosessor dəyişikliyi edilib, ona görə 2015-ci ildə dəyişikliklər ediləcəyini təxmin etmək olar.
 
“iMac” (2015-ci ilin ortaları və ya sonu)

 
“Apple” şirkəti 2014-cü ildə yeni 27 düymlük “iMac” monoblok kompüterini elan edib, 21 düymlük modeldə isə heç bir dəyişiklik edilməyib. Ehtimal ki, yeni ildə hər iki model təkmilləşdiriləcək.
 
Emil Hüseynov
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR