Yeni nüvə savaşı başlayır

Yeni nüvə savaşı başlayır
15:26 8 Yanvar 2015
136 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali Koreya lideri Kim Çen In növbəti dəfə Cənubi Koreyaya hərbi müdaxilə planını təsdiq edib.

ANS PRESS-in məlumatına görə, planda Cənubi Koreyanın yeddi gün ərzində işğal edilməsi nəzərdə tutulur. Kim Çen Inın fikrincə, həmin müddət ərzində ABŞ münaqişəyə müdaxilə etməyə imkan qazana bilməyəcək.

Plan assimetrik müharibə aparılmasını nəzərdə tutur və bu zaman nüvə silahından da istifadə ediləcək.

Şimali Koreya lideri bu planı ilk dəfə 2012-ci ilin yayında təsdiq edib. Bu dəfə o sənədin nisbətən təkmil varianta qol çəkib.

Öz növbəsində Cənubi Koreya hökuməti Şimalın nüvə hücumundan müdafiə olunmaq üçün xüsusi strategiya üzərində işləyir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR