Məscidlərə hücum başladı

Məscidlərə hücum başladı
15:31 8 Yanvar 2015
178 Sosial
Ölkə mətbuatı
A- A+

Ötən gün Fransada 12 nəfərin ölümü ilə nəticələnən "Charlie Hebdo" jurnalının redaksiyasına hücumdan bir sutka keçməmiş ölkədəki məscidlər hiddətlənmiş şəxslərin hədəfinə çevrilib.

Belə ki, bu gün ölkədəki bir necə məscidə hücum olub. NS PRESS-in məlumatına görə, bu barədə Frans Press yazıb.

Leman şəhərində naməlum şəxslər məscidin içərisinə 3 əl qumbarası atıblar. Partlayış nəticəsində ibadət ocağının pəncərələri qırılıb. Məscidin divarında da güllə izləri aşkar edilib.

Daha bir hücum xəbəri isə Por-la-Nuvel şəhərindən gəlib. Bir nəfər şam namazından sonra tapança ilə məscidə hücum edib və bir necə dəfə atəş açıb.

Xoşbəxtlikdən hadisələr nəticəsində insan tələfatı qeydə alınmayıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Vilfranş-syur-Son şəhərində məscidin yaxınlığında yerləşən kababçıda partlayış törədilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR