"Bank Technique" beynəlxalq mükafata layiq görüldü

"Bank Technique" beynəlxalq mükafata layiq görüldü
15:33 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

Beynəlxalq maliyyə nəşri “International Finance Magazine” 2014-cü ilə dair maliyyə üzrə mükafatlarının (Financial Awards) qaliblərinin adlarını açıqlayıb.

"Bank Technique" ASC Azərbaycanda "Ən yaxşı kommersiya bankı" (Best Commercial Bank Azerbaijan) adına layiq görülüb. Mükafat maliyyə təsisatına ötən il ərzində nümayiş etdirdiyi müsbət nəticələrə - gəlirlik səviyyəsinin artımı, keyfiyyətli müştəri xidmətləri, innovativ məhsulların mövcudluğuna görə verilib.

Yeni mükafata layiq görülməsi faktını şərh edərkən, bankın baş direktoru Kamran Axundov qeyd edib ki, beynəlxalq səviyyədə Bank Technique-ə yüksək qiymətlərin verilməsi bankın möhkəm mövqelərinin daha bir sübutudur. Baş direktor 2015-ci ildə bankın göstəricilərinin yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Mənzil-qərargahı Londonda yerləşən “International Finance Magazine” jurnalı beynəlxalq maliyyə dairələri üçün xəbərlərin, analitik yazıların əsas mənbələrindən hesab edilir. Auditoriyası 150-dən çox ölkəni əhatə edən elektron nəşrin ekspertləri ölkələrə dair illik hesabatlar hazırlayır, müxtəlif nominasiyalar üzrə reytinqlər tərtib edirlər.

1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan “Bank Technique” Açıq Səhmdar Cəmiyyəti (ASC) 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən “Bank Technique” ASC Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

Hazırda “Bank Technique”in 29 filial və 29 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Zaqatala, Cəlilabad, Ağstafa və Lənkəranda müştərilərin xidmətindədir.

Daha ətraflı məlumat üçün: www.banktechnique.az

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR