“Bank Technique” beynəlxalq mükafata layiq görülüb

“Bank Technique” beynəlxalq mükafata layiq görülüb
15:37 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 15:34 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. Beynəlxalq maliyyə nəşri “International Finance Magazine” 2014-cü ilə dair maliyyə üzrə mükafatlarının (Financial Awards) qaliblərinin adlarını açıqlayıb.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, "Bank Technique" ASC, Azərbaycanda "Ən yaxşı kommersiya bankı" (Best Commercial Bank Azerbaijan) adına layiq görülüb. Mükafat maliyyə təsisatına ötən il ərzində nümayiş etdirdiyi müsbət nəticələrə - gəlirlik səviyyəsinin artımı, keyfiyyətli müştəri xidmətləri, innovativ məhsulların mövcudluğuna görə verilib.

 

Yeni mükafata layiq görülməsi faktını şərh edərkən, bankın baş direktoru Kamran Axundov qeyd edib ki, beynəlxalq səviyyədə “Bank Technique”ə yüksək qiymətlərin verilməsi bankın möhkəm mövqelərinin daha bir sübutudur. Baş direktor 2015-ci ildə bankın göstəricilərinin yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu bildirib.

 

Mənzil-qərargahı Londonda yerləşən “International Finance Magazine” jurnalı beynəlxalq maliyyə dairələri üçün xəbərlərin, analitik yazıların əsas mənbələrindən hesab edilir. Auditoriyası 150-dən çox ölkəni əhatə edən elektron nəşrin ekspertləri ölkələrə dair illik hesabatlar hazırlayır, müxtəlif nominasiyalar üzrə reytinqlər tərtib edirlər.

 

Qeyd edək ki, 1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan “Bank Technique” ASC 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Hazırda “Bank Technique”in 29 filial və 29 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Zaqatala, Cəlilabad, Ağstafa və Lənkəranda müştərilərin xidmətindədir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR