Eli Hesenov: Azerbaycan isteyir ki, onun milli iradesine ve beynelxalq huquq normalarina uygun siyasetine hormetle yanasilsin (MUSAHIBE)

15:38 8 Yanvar 2015
388 Ölkə
Ölkə mətbuatı
A- A+

Azerbaycan, Baki, 8 dekabr /Trend/

Azerbaycan Respublikasi Prezidenti Administrasiyasi Ictimai-siyasi meseleler sobesinin mudiri Eli Hesenov “Bloomberg” agentliyine musahibe verib. Trend musahibenin tam metnini teqdim edir.

- Hormetli Eli muellim, Azerbaycan-ABS munasibetlerinde son zamanlar yaranmis gerginliyi ne ile izah ederdiniz? Kimdir gunahkar (eger bele demek mumkundurse)?

- Azerbaycan Respublikasinin xarici siyaseti beraberhuquqlu emekdasliq, qarsiliqli etimad, beynelxalq huquq normalarina hormet, daxili islere qarismamaq prinsipleri uzerinde qurulmusdur. Azerbaycan butun olkelerle, o cumleden Amerika Birlesmis Statlari ile emekdasliq ve artiq formalasmis terefdasliq munasibetlerini mehz bu prinsipler esasinda heyata kecirir. Tarixe nezer salaraq, eminlikle qeyd ede bilerik ki, ABS-Azerbaycan elaqelerinin inkisafinda bu ve ya diger qlobal geosiyasi, geoiqtisadi ve herbi-geostrateji meselelere yanasmada, Xezerin alternativ enerji resurslarini dovriyyeye buraxmasi ve ucuncu minillikde Qerbin enerji tehlukesizliyinin temin olunmasi kimi meselelerde ust-uste dusen movqeler boyuk rol oynamisdir. Mehz Azerbaycan Xezer regionunu Qerbin uzune acmis, ABS ve Avropanin neheng neft sirketlerinin Xezer denizinin karbohidrogen ehtiyatlarinin hasilati ve ixracinda istirakini temin etmisdir. Azerbaycan 1994-cu ilde NATO-nun “Sulh namine terefdasliq” proqramina qosulmus, Kosovo, Iraq ve Efqanistan kimi qaynar noqtelerde bu qurumun sulhyaratma missiyasinda feal istirak etmisdir. Prezident Heyder Eliyev 2001-ci il sentyabrin 11-de ABS-da bas vermis terror aktina cevik reaksiya veren, bu akti birmenali pisleyen ilk dunya prezidentlerinden biri olmus ve oz olkesinin munasibetini ortaya qoymusdur. Azerbaycan demokratiya yolu ile inamla irelileyen modern muselman olkesi kimi Qerb institutlari ile daim yaxindan emekdasliq etmis, Avropa Surasina daxil olmus, Avropa Ittifaqinin “Serq terefdasligi” proqramina qosulmus, vetendas cemiyyeti institutlarinin, musteqil medianin inkisafina, insan huquq ve azadliqlarinin temin olunmasina herterefli dovlet desteyi gostermisdir. Mentiqle yanassaq, hesab etmek olar ki, butun bunlar ABS-Azerbaycan elaqelerini sonraki dovrde de her iki xalqin ve dovletin maraqlari nezere alinmaqla, qarsiliqli hormet ve semimi terefdasliq prinsipleri esasinda inkisaf etdirmelidir.

Lakin teessuf ki, son iller ABS-in bezi daireleri, xususen bir sira qeyri-hokumet teskilatlari, media ve ayri-ayri “ekspertler” Azerbaycana qarsi qeyri-saglam, terefdasliq munasibetlerinin ruhuna zidd olan “qara piar” kampaniyasi heyata kecirirler. Bu kampaniyanin mentiqini, meqsedini, hedeflerini anlamaq ve izah etmek cetin olsa da, onun ikiterefli munasibetlere menfi tesir gosterdiyi aydin gorunur. Ustelik, ABS Dovlet Departamentindeki bezi memurlar da herden anlasilmaz aciqlamalar vererek, Azerbaycan ictimaiyyetini casdirir ve muvafiq olaraq iki olke arasindaki konstruktiv munasibetlere xelel getirirler.

- Razisinizmi ki, munasibetler hec vaxt indiki kimi gergin olmayib?

- Dusunmurem ki, ABS-in bezi kecmis ugursuz memurlarinin hazirda “ekspert” qisminde tez-tez ona-buna, o cumleden beynelxalq huququn subyekti olan musteqil dovletlere agil oyretmeye calismasi, yaxud bu ve ya diger huquqa zidd cagirislar etmesi, muvafiq olaraq qarsi terefin de onlara adekvat cavab vermesi iki olke arasindaki derin terefdasliq munasibetlerini gerginlesdirmek gucundedir. Azerbaycanla ABS arasindaki dovletlerarasi munasibetler hem tereflerin milli maraqlari baximindan, hem de qlobal beynelxalq mustevide ust-uste dusur ve terefdasliq xarakteri dasiyir. Hazirda iki olke arasinda munasibetler umumi maraq kesb eden esas meseleler uzre, o cumleden qlobal transmilli mustevide emekdasliq ve terefdasliq istiqametinde davam etdirilir, qarsiliqli temaslar intensivdir. Dusunurem ki, olkelerimiz arasinda munasibetlerin gelecek tendensiyasini da mehz bu amiller mueyyen edecek. Odur ki, bu tipli bedbin yanasma ile ABS-Azerbaycan dovletlerarasi munasibetlerini xarakterize etmek yanlisdir.

- Azerbaycan hokumetinin ABS-dan esas gozlentileri nedir? Esas naraziliq yaradan sebebler hansilardir?

- ABS dunyanin en neheng dovletidir, qlobal proseslere ciddi tesir imkanlarina malikdir, Azerbaycan ise kecen 23 ilde ugurlu daxili ve xarici siyaset neticesinde milli cerciveden cixaraq regional ve beynelxalq arenada oz movqeyi ile secilen olkeye cevrilmisdir. Azerbaycan Prezidenti Ilham Eliyev isteyir ki, butun dunya olkeleri onun olkesinin milli iradesine ve beynelxalq huquq normalarina uygun siyasetine hormetle yanassinlar. Bele munasibeti Azerbaycan ilk novbede qlobal dunya siyasetini formalasdiran BMT Tehlukesizlik Surasinin daimi uzvlerinden - ABS, Cin, Rusiya, Ingiltere, Fransa kimi olkelerden, habele Iran, Turkiye ve s. kimi qonsu ve terefdas dovletlerden gozleyir. Cunki bizim olkenin ozu butun dunya dovletlerine, onlarin milli maraqlarina ve musteqil iradesine mehz bu sepgiden yanasir. Azerbaycan isteyir ki, onu istedikleri kimi deyil, oldugu kimi qebul etsinler. Ona gore de bezi daireler basa dusmelidir ki, Azerbaycan musteqil olke kimi xarici siyasetinde daim oz milli maraqlarini rehber tutmus, hec vaxt tezyiq ve tehdid cehdlerini qebul etmemis ve gelecekde de etmeyecek. Ikiterefli elaqeler kimlerinse oz dominantliq iddialarini reallasdirmaq isteyi uzerinde deyil, umumi maraqlar, beraberhuquqlu emekdasliq, bir birinin daxili islerine qarismamaq prinsipleri esasinda inkisaf etdirile biler. Azerbaycani “satellit”, yaxud forpost dovlet kimi gormek isteyenler ne qeder tez bu fikirlerinden el cekseler, bir o qeder olkemizle yaxin dost ola bilerler.

- Dogrudanmi siz dusunursuz ki, ABS hokumeti Azerbaycanda hakimiyyet deyisikliyi isteyir ve ya ozunun “besinci kolonu” vasitesile buna nail olmaga calisir?

- Teessuf ki, muasir dovrde bezi beynelxalq quvveler demokratiya prinsiplerinin tesviqi adi altinda hansisa “siyaset laboratoriyalarinda” hazirlanmis standart proqramlarla musteqil dovletlerin daxili islerine mudaxileler edir, bu olkelerin resmi dovlet siyasetini ve ictimai prosesleri nezarete goturmeye, bele demek mumkunse, yoneltmeye, idare etmeye calisirlar. Bir muddet bundan evvel Serqi Avropada tetbiq olunan bu ssenari sonraki merhelede postsovet mekanini ve Yaxin Serqi ehate etmisdir. Neticeler hec de her yerde eyni derecede “urekacan” olmamisdir. Bele mudaxileler bir cox olkelerde ictimai-siyasi sabitliyin pozulmasina, vetendas qarsidurmasina, iqtisadi tenezzule, sosial kataklizmlere yol acmisdir. Bezi faktlar analoji ssenarinin Azerbaycanda da heyata kecirilmesi ucun mueyyen planlarin quruldugu fikrine gelmeye esas yaradir. Bununla yanasi, men bele cehdleri birbasa ABS Prezidenti ve onun Administrasiyasi ile elaqelendirmek istemezdim. Cunki ister Prezident B.Obama, isterse de ABS-in diger yuksek seviyyeli resmi sexsleri muxtelif vaxtlarda Azerbaycanla emekdasligin inkisaf etdirilmesine boyuk onem verdiklerini ve bu meqsedle Azerbaycanin hazirki prezidenti Ilham Eliyevle, onun rehberlik etdiyi iqtidarla islemek arzusunda olduqlarini ifade etmisler. Biz bu fikirlerin semimiliyine inaniriq...

- ABS-in “Sulh Korpusu” bu ilden Azerbaycani terk etdi. “Azadliq” radiosunun Baki ofisinin qapisi mohurlendi. ABS-in maliyyelesdirdiyi Media Forum sayti fealiyyetini dayandirmaq mecburiyyetinde qalib. Butun bunlari, bezilerinin dediyi kimi, “anti-Amerikan siyasetinin” neticesi saymaq olarmi?

- Teessuf ki, media bir cox hallarda “bezilerinin” suni sekilde siyasilesdirilmis, qeyri-obyektiv ve qerezli iddialarina hedden artiq boyuk onem verir ve onun esasinda da umumi tendensiyalari mueyyenlesdirmeye calisir. Azerbaycanin Bas Prokurorlugunun melumatinda gosterilmisdir ki, “Azadliq” radiosunun Baki ofisinin maliyye fealiyyeti seffaf deyil. Buna gore de prokurorluqda “radio vasitesile boyuk meblegde vesaitlerin menimsenilmesi ve yuyulmasi subhesi” yaranmisdir. Bunun ucun prokurorluq muvafiq arasdirma aparmis ve emekdaslarin sorgulanmasini heyata kecirmisdir.

O ki, qaldi Media Forum saytinin fealiyyetine, bunun ne dovletle, ne de ki, hansisa dovlet orqani ile hec bir elaqesi yoxdur. Bele xeber portallarinin sayi Azerbaycanda yuzlerledir.

“Sulh Korpusu”nun fealiyyetine geldikde, qeyd etmek isteyirem ki, bu qurum 2003-cu ilden Azerbaycanda fealiyyet gostermis ve dusunuruk ki, oz missiyasini yerine yetirmisdir. Hesab edirik ki, bundan sonraki dovrde bizde “Sulh Korpusu”nun bele fealiyyetine ciddi ehtiyac qalmamisdir. Azerbaycan hokumeti hem de hesab edir ki, ABS kimi fovqeldovletin basini bele xirda meselelerle mesgul etmek olmaz. Bu dovletin qlobal seviyyede mesgul olacagi coxsayli transmilli problemler, beynelxalq ve regional konfliktler ve s. meseleler oldugu halda, onun diqqetini “Sulh Korpusu” kimi lokal mesguliyyetle mehdudlasdirmaq duzgun deyil.

- “Azadliq” radiosunun Baki ofisi oz fealiyyetini davam etdire bilecekmi?

- Azerbaycanda xarici KIV-lerin numayendelikleri ve ya emekdaslari oz nizamnameleri, Azerbaycan qanunlari ve akkreditasiya qaydalari esasinda fealiyyet gosterirler. Muvafiq dovlet orqanlari bu sahede qanunun teleblerinin yerine yetirilmesine nezaret funksiyasini heyata kecir ve eger pozuntu hallari musahide olunursa, huquqi olcu gotururler. Bu onlarin birbasa vezifesidir. “Azadliq” radiosunun Azerbaycanda yerli tezliyi movcud deyildi ve internet radiosu kimi fealiyyet gosterirdi. Radio oz nizamnamesine uygun olaraq internet mustevisinde fealiyyetini indiye qeder davam etdirdiyi kimi, hazirda da davam etdirir ve bundan sonra da yeqin ki, etdirecekdir. Sadece, Azerbaycanda akkreditasiyadan kecmek ve yerli ofis acmaq ucun dovletin qayda-qanununa emel etmek teleb olunur. Tebii ki, burada “Azadliq” radiosunun qanunlar cercivesinde isleyib-islememesine dair istintaq arasdirmasinin neticesi de oz rolunu oynayacaq.

- ABS Dovlet Departamentinin yaydigi melumata gore, Dovlet katibi Con Kerri dekabrin 21-de Prezident Ilham Eliyeve zeng edib. Bu telefon danisiginin detallari haqda metbuata hec ne deyilmeyib. Kerri Prezident Eliyeve ne ucun zeng etmisdi? Maraqlidir ki, bu telefon danisigindan bes gun sonra “Azadliq” radiosunun Baki ofisi qapadildi.

- Azerbaycan Prezidenti Ilham Eliyevin ABS Dovlet katibi Con Kerri ile telefon danisiginda, fikrimce, ilk novbede ikiterefli munasibetler, umumi maraq kesb eden aktual meseleler muzakire olunub. Qeyd edim ki, bele temaslar Azerbaycan ve ABS rehberleri arasinda hemise olmusdur ve cenab Kerrinin telefon zengi de bu baximdan istisna xarakter dasimir ve huquq muhafize orqanlarinin “Azadliq” radiosunun Baki ofisinde heyata kecirdiyi axtarisla hec bir elaqesi yoxdur.

- ABS-la munasibetlerin pislesmesi fonunda Rusiya ile elaqelerimiz inkisaf edir. Demek olarmi ki, Azerbaycan artiq oz strateji secimini edib ve indi Rusiyanin yanindadir?

- Artiq qeyd etdiyim kimi, Azerbaycan oz xarici siyasetini hansisa dovletlerin, guc merkezlerinin maraqlari uzerinde deyil, oz milli maraqlari cercivesinde, oz milli iradesine uygun heyata kecirir. Hansisa dovletle dost olmaq ucun digeri ile dusmen olmaq ve ya eksine, Azerbaycana xas olan xususiyyet deyil. Isgalci Ermenistan rehberlerinden ferqli olaraq, Prezident Ilham Eliyev hemise musteqil siyaset yurudub ve yurutmekde de davam edir. Azerbaycanin ABS, Rusiya, Iran, Avropanin ekser onemli olkeleri ve ya diger dovletlerle elaqeleri onun milli maraqlarina esasen qurulur ve ardicil olaraq da heyata kecirilir. Azerbaycan butun dunya ve region olkeleri, o cumleden hem ABS, hem de Rusiya ile enenevi emekdasliq ve terefdasliq elaqelerinin qorunub saxlanmasinda maraqlidir. Bu siyaset hec bir halda diger olkelere qarsi yonelmeyib.

- Hec kime sirr deyil ki, Ermenistan mehz Rusiyanin herbi-siyasi desteyi ile Azerbaycan torpaqlarini isgal edib ve bu isgali davam etdirmekdedir. Rusiya ile yaxinlasma Azerbaycana oz torpaqlarini geri qaytarmaga komek edecekmi?

- Azerbaycan 20 ilden artiqdir ki, torpaqlarinin 20 faizinin Ermenistan terefinden isgal olundugunu, son iki yuz ilde ermeniler terefinden azerbaycanlilara qarsi soyqirim ve etnik temizleme siyaseti toredildiyini, bize mexsus milli medeni abidelerin mehv edildiyini butun dunyaya beyan edir ve beynelxalq mudiriyyeti, dunyada soz sahibi olan fovqeldovletleri bu problemin beynelxalq huquq normalari, BMT-nin melum 4 qetnamesi esasinda helline yardim gostermeye cagirir. Lakin her defe ABS, Fransa ve Rusiyanin temsil olundugu ATET-in Minsk qrupu problemin konstruktiv hellini tereflerin uzerine ataraq isgalin omrunu uzadirlar. BMT-nin sanksiyalari, yaxud adi kecen boyuk olkelerin iradesi esasinda Iraq, Liviya ve diger olkeler derhal havadan bombardman edilir, Ukraynada oldugu kimi separatci rejimlere qarsi sanksiyalar tetbiq olunur, ancaq isgalci Ermenistan ve separatci Dagliq Qarabag rejimine qarsi hec bir tesirli beynelxalq tedbir gorulmur. Eksine, bu rejime cox vaxt himayedarliq edilir. Meger ABS hokumeti Dagliq Qarabagdaki separatci rejime her il 10 milyon dollar vesait ayirmir? Yaxud separatcilarin ABS ve Avropa olkelerindeki “numayendeliyinin” fealiyyetine serait yaradilmir? Neye gore bu rejimin bascilarinin ABS-da, Fransada marafon kecirib pul yigmasina mane olmurlar? Beli, butun bunlar dunyada ikili standartlarin, ayri-seckiliyin, edaletsizliyin bariz numuneleridir. Kimlerse silahla, kimlerse de maliyye yardimi ve susqunluqlari ile isgalcilara ve separatcilara destek gosterir, bu ise, tebii ki, beynelxalq huququn iflic olmasina birbasa destekdir. Bu anlamda, hesab edirem ki, Ermenistan-Azerbaycan, Dagliq Qarabag munaqisesinin beynelxalq huquq normalari cercivesinde helli BMT ve onun Tehlukesizlik Surasinin, ATET-in Minsk qrupunun ve onun hemsedrlerinin birbasa ohdeliyi ve vezifesidir. Bu problem ABS, Rusiya ve Fransanin umumi seyleri neticesinde hell oluna biler ve hell olunmalidir. Biz butun hemsedr dovletlerle munasibetlerin inkisafinda maraqliyiq.

- Sonda ABS-Azerbaycan munasibetlerinin perspektivini nece qiymetlendirerdiniz?

- Yalniz musbet. Olkelerimiz arasinda emekdasligi inkisaf etdirmek ucun boyuk potensial vardir. Eminik ki, ABS ve Avropadaki bezi dairelerin iki olke arasindaki munasibetleri pozmaq cehdleri hec bir netice vermeyecek. Dusunuruk ki, onlarin sozcusu rolunda cixis ederek realliq hissini itirmis Dovlet Departamentinin sabiq emekdaslarinin, kecmis sefirlerin ve “ekspertlerin” Azerbaycana qarsi qerezli beyanatlari Amerikanin hem resmi daireleri, hem de ictimaiyyeti terefinden ciddi qarsilanmir.

Meqale muellifi ile elaqe unvani: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR