Bakıda tikintidə şok görüntü... (VİDEO)

Bakıda tikintidə şok görüntü... (VİDEO)
15:41 8 Yanvar 2015
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının tikinti sahəsində baş verənlər görənləri qorxuya salır.

ANS PRESS-in məlumatına görə, həmin sahədə çəkilmiş video görüntünü day.az saytına Mehti Rüstəmov adlı oxucu göndərib.

Videodan aydın görünür ki, qaldırıcı kranın yuxarı hissəsi küləkdə sağa-sola fırlanır. Kran hər an Ü.Hacıbəyov küçəsi istiqamətində aşaraq ətrafdan keçən insanlar üçün təhlükə yarada bilər.

Ərazidə söküntü işləri aparan şirkət kranın möhkəmləndirilməsi üçün lazımi tədbirləri görməyib. Qeyd edək ki, Bakıda söküntü işləri aparan şirkətlər çox vaxt təhlükəsizlik tədbirləri görmürlər. Bir neçə ay öncə Heydər Əliyev prospektində söküntü aparılan çoxmərtəbəli binadan aşan ekskavator yolla hərəkət edən avtomobilin üzərinə düşdü və bu iki nəfər gənc rəssamın ölümü ilə nəticələndi.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=318447

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR