QHT nümayəndələri ADU-da imtahanı izlədilər

QHT nümayəndələri ADU-da imtahanı izlədilər
15:49 8 Yanvar 2015
202 Sosial
Ölkə mətbuatı
A- A+

QHT nümayəndələri Azərbaycan Dillər Universitetində qış imtahan sessiyası çərçivəsində keçirilən imtahan prosesini izləyiblər. ADU-dan Lent.az-a verilən məlumata görə,  imtahanların açıq və şəffaf keçirilməsini təmin etmək məqsədi ilə QHT üzvləri və tələbələrin valideynləri, o cümlədən ictimai təşkilat nümayəndələri ADU-nun İctimaiyyətlə Əlaqələr Departamentinin dəvəti çərçivəsində universitetdə olub. Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, Korrupsiyaya Qarşı Mübarizə şəbəkəsinin üzvü Əhməd Abbasbəyli, universitetdə yaradılan Operativ Qərargahın üzvləri və valideynlərin iştirakı ilə universitetdə imtahanların gedişi izlənilib.

İmtahan sualları ilə maraqlanan Əliməmməd Nuriyev aparılan monitorinqlərin obyektivliyə xidmət etdiyini vurğulayıb.

Xatırladaq ki, dekabrın 27-dən yanvarın 18-dək universitetdə qış imtahan sessiyası keçirilir. Qış imtahan sessiyası 5 fakültənin (Pedaqoji (ingilis dili və alman dili), Pedaqoji (ingilis dili və fransız dili), Filologiya və jurnalistika, Tərcümə, Regionşünaslıq və Beynəlxalq münasibətlər) əyani şöbəsində aparılır. Qiyabi şöbədə sessiya müddəti dekabrın 22-dən yanvarın 26-dək müəyyən edilib.

Qış imtahan sessiyası müddətində yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə ADU-da Operativ Qərargah yaradılıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189776

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR