Özünü yandıran Sovetski sakininin cəsədini FHN aşkarladı

Özünü yandıran Sovetski sakininin cəsədini FHN aşkarladı
15:51 8 Yanvar 2015
129 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının “Sovetski” kimi tanınan məhəlləsində evinin sökülməsinə və buna görə verilən kompensasiyanın azlığına etiraz edərək özünü yandıran sakinin cəsədini Fövqəladə Hallar Nazirliyinin əməkdaşları aşkarlayıblar.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda sökülmüş evin otağında 1 kv.m sahədə məişət tullantıları yanmış və 1 nəfərin yanmış cəsədi aşkar edilib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğın Mirzağa Əliyev küçəsi, 108 ünvanında baş verib. Hazırda həmin küçədə evlərin sökülməsi prosesi gedir. Özünü yandıran şəxsin kimliyi açıqlanmır, ancaq onun sökülən evinə görə kompensasiyanın azlığına etiraz olaraq bu addımı atdığı iddia edilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=318467

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR