Azərbaycanlı aktrisa Türkiyədə münsif oldu

"Mənə güvənib, bu məsuliyyətli missiyanı həvalə etdiklərinə görə Türk Dövlətləri Birliyinə və təşkilatçılara təşəkkür edirəm"

Bu sözləri Türkiyədə yaşayan azərbaycanlı yazıçı-aktrisa Gülay Hüseynova münsiflər heyətində olduğu tədbir haqda Metbuat.az-a danışarkən deyib:

“Beynəlxaq 7 YILDIZ" film-serial mükafatlarının münsiflər heyətində yer aldığım üçün olduqca həyəcanlı və sevincliyəm. Münsifərin digər üzvləri - Türk Dövlətləri Kino və Teatr İttifaqının sədr müavini Ayhan Işık,  teatr qurucusu Tevfik İnceoğlu və film və teatr aktyoru Ali Kaplanı tanıdığım üçün böyük məmnunluq duyuram. Ədalətli münsif olmağa çalışdıq və ədalətlə səs verdik”.

Kənan M.M Zəhra üçün şeir yazdı - Oxumaq üçün bura tıkla

Qeyd edək ki, tədbirdə yazıçı-aktrisa Gülay Hüseynovanın təşəbbüsü ilə bir neçə gün əvvəl ermənilər tərəfindən nənəsi ilə birlikdə vəhşicəsinə qətlə yetirilən 2 yaşlı Quliyeva Zəhra yad edilib. 

Dilarə Zamanova 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR