Qarpızın qabığı özündən faydalıdır

İsti yay günlərinin ən dadlı meyvələrindən biri də qarpızdır. Vitamin və mineralla zəngin olan qarpız həm sərinləməyinizə yardımçı olur, həm də orqanizmə bir çox faydası var.

Metbuat.az xəbər verir ki, qarpızın qabığı özündən də faydalıdır. Mütəxəssislər deyir ki, qabıq təbii liflərlə zəngindir. Bunu pəhrizinizə daxil etməklə artıq çəkidən xilas ola bilərsiniz. Qarpız qabıqları təzyiqi normallaşdırır. Qan dövranındakı artıq suyu atır. Araşdırmalara əsasən, yaşlı insanlarda yüksək təzyiqi aşağı saldığı sübut olunub, ancaq bu problemdən əziyyət çəkənlər mütləq həkim müayinəsindən keçməlidir. Qarpızın qabığında “Likopen” adlı antioksidant var. Ağız, qırtlaq, mədə, uşaqlıq xərçənginə qarşı qoruyucu təsir göstərir. Qarpızın qabığından salat, mürəbbə, şirniyyat hazırlamaq, həmçinin şorba və ocaqüstü yeməklər hazırlamaq mümkündür.

Qarpızın faydaları ilə yanaşı zərərləri də var. Çox yeyildiyi zaman şəkər xəstələrinin şəkərini yüksəldir. Xüsusilə, yay aylarında qarpız çəki almağınıza səbəb ola bilər.

Onu da qeyd edək ki, yay mövsümündə zəhərlənmələrin səbəblərindən biri də qarpızdır. Bəs, bu halların qarşısını almaq üçün qarpız alarkən nələrə diqqət edək?

Məsələ ilə bağlı Azərbaycan Milli Kulinariya Mərkəzinin direktor müavini Ceyran Əsgərova Metbuat.az-a açıqlamasında deyib: “Qarpızın necə olduğunu əvvəlcədən yoxlamaq təəssüf ki, mümkün deyil, ancaq qarpız, yemiş kimi məhsulları kəsdikdən sonra soyuducuda saxlamaq olmaz. Soyudulma prosesi kəsilməzdən əvvəl aparılmalıdır. Qarpızı bal, mürəbbə, şokoladla yemək olmaz. Soyuqdəymə və mədə problemi olanlarda əks təsiri özünü tez göstərir”.

Ceyran Əsgərova əlavə edib ki, bıçağı batıranda meyvənin şaxlığından onun təzə, təbii olduğunu bilmək olar: “Qarpız təzədirsə, bıçağı batıranda çat verəcək. Bu məhsullar təzə halda yeyilməlidir”.

Qarpız qabığının rəngi tünd olmalı və dırnağınızla qazıdığınız zaman yaşıl qisim asanlıqla görülməlidir. Torpağa oturan qisminin rəngi açıq sarı olmalıdır. Əgər kəsilmiş qarpız alacaqsınızsa, içərisi parlaq qırmızı, tumları isə qəhvə rəngi və qara olanları seçin. Yaxşı qarpız almaq üçün böyük olmasına ehtiyac yoxdur, önəmli olan qarpızı əlinizə aldığınızda verdiyi ağırlıqdır. Qarpız alarkən diqqət etməli olduğunuz digər məqam isə sapıdır. Sapı yaşıldırsa, hələ yetişmədiyini göstərir. Sapın yaşıl olmamasına diqqət edin.

Aysel Yaqubqızı / Metbuat.az

Böyrəkləri təmizləyən möcüzə - XALQ TƏBABƏTİ - Oxumaq üçün tıklayın



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR