Makron Tramp üçün Eyfel qülləsində ziyafət verəcək

Fransa prezidenti Emmanuel Makron 14 iyulda amerikalı həmkarı Donald Trampla görüşəcək.

Metbuat.az RTL radiosuna istinadən xəbər verir ki, ABŞ lideri Fransa Milli Günü münasibətilə Parisi ziyarət edəcək.

Emmanuel Makron Tramp və həyat yoldaşı üçün Eyfel qülləsində ziyafət təşkil edəcək. Artıq səfər məqsədilə Eyfelin birinci mərtəbəsində yerləşən "Jül Vern" restoranı rezerv olunub.

Daha sonra Elisey sarayında ortaq mətbuat konfransı keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR