Play Store

İraqın baş naziri qələbəni rəsmən bəyan etdi: "İŞİD çökdü"

İraqın baş naziri Heydər əl-Abadi Mosulun İŞİD-dən azad edildiyini rəsmən elan edib.

Metbuat.az-ın məlumatına görə, əl-Abadi dövlət televiziyasındakı çıxışı zamanı bunları deyib:

"Mosulun mərkəzindən zəfər qazandığımızı bəyan edirəm. Xurafat dövlətinin - İŞİD-in çökdüyünü Mosuldan elan edirəm.

Silahlı qüvvələrimiz, yaralılarımız və şəhidlərimiz sayəsində bu böyük zəfəri qazandıq. Qələbəmiz vəhşiliyə və terrorizmə qarşıdır. Əli Sistani və bütün təhlükəsizlik qüvvələrini təbrik edirəm. Onlara təşəkkürümü bildirirəm.

Bu zəfər iraqlıların planları və səyləri nəticəsində reallaşdı. İraq əhalisi buna görə qürur duymalıdır. Terrorla mübarizəmizdə təlim, logistika və hava hücumlarında bizə dəstək verən ölkələrə də minnətdaram.

Növbəti məqsədimiz İŞİD-in bütün nöqtələrini məhv etməkdir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR