Bakıda “Shaurma N1" restoranında yanğın olub: Müştərilər təxliyyə olunub / FOTO

Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan restoranının mətbəxində 1 ədəd kartofbişirən aparat, 3 p.m elektrik kabeli və tüstü bacasında 4 p.m yağ qalıqları yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a bu barədə məlumat verilib. Restoranın qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Yanğın saat 21:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

APA-nın məlumatına görə, hadisə Azərbaycan prospekti 35 ünvanında yerləşən “Shaurma N1” restoranında baş verib. Yanğın zamanı restorana elektrik enerjisinin verilməsi dayandırılıb, təhlükəsizlik məqsədilə müştərilər təxliyə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR