Play Store

BMT dünya əhalisinin sayını açıqladı - 7,6 milyard

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi-Sosial Komitəsi dünya əhalisinin artımını özündə əks etdirən yeni hesabatının nəticələrini paylaşıb.

Metbuat.az bildirir ki, hesabata görə, son 12 il ərzində dünya əhalisinin sayı 1 milyard artaraq, 7,6 milyarda çatıb.

Əhalinin 60 faizi Asiyada məskunlaşıb. Digər pillələrdə isə Afrika (17%), Avropa (10%), Cənub Amerika və Karib hövzəsi (8%), Şimali Amerika və Okeaniya (5%) qərarlaşıb.

Planetimizdəki insanların sayının 2030-cu ildə 8,6, 2050-ci ildə 9,8, 100 ilin tamamında isə 11,2 milyarda çatacağı təxmin edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR