Cəlilabadda yanğın baş verib - FHN

Cəlilabadda yanğın qeydə alınıb.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Cəlilabad rayonu, Maşlıq kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan talvarın yanar konstruksiyaları 4 m2 sahədə, altına yığılmış 4 ton ot bağlamasının 1,5 tonu, və talvara bitişik ümumi sahəsi 144 m2 olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 2 m2 sahədə yanıb.

Evin, talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 02:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Azərbaycanda qanunsuz yaşayan xarici vətəndaşlar - SAXLANILDI - Oxumaq üçün tıkla



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR