Play Store

Həmyerlisini borca görə qətlə yetirdi - YEVLAXDA

Yevlax rayonunda qətl hadisəsi baş verib.

Yevlax rayon Prokurorluğundan Metbuat.az-a verilən məlumata görə, hadisə rayonun Xaldan qəsəbəsi ərazisindəki "Ərik bağı" kafesində baş verib.

Həmin kafedə 1949-cu il təvəllüdlü Həmidov Azər Knyaz oğlu 1973-cü il təvəllüdlü Bəşirov Qorxmaz Sirac oğlunu bıçaqla qətlə yetirib.

Qətl hadisəsinin borc pul üstə baş verdiyi bildirilir. Hadisəni törədən A.Həmidov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Cəlilabadda yanğın baş verib - FHN - Oxumaq üçün tıkla



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR