Xəstəxanada 9 yaşlı uşağın ölümü ilə bağlı - SON MƏLUMAT

Ağdaş Mərkəzi Rayon Xəstəxanasında azyaşlının ölümü ilə əlaqədar cinayət işi açılıb.

Ağdaş rayon prokurorluğundan Metbuat.az-a verilən məlumata görə, qeyd edilən faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ölümün baş vermə səbəblərinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib. Azyaşlı əməliyyata girərkən dünyasını dəyişib.

Sabirabaddan çox üzücü xəbər gəldi - 1 ölü, 3 yaralı var - Oxumaq üçün tıkla



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR