Şamaxıda yeni iş yerləri açılıb

Son illər aqrar sektorda aparılan islahatlar kənd təsərrüfatı rayonu olan Şamaxıda da əhalinin məşğulluğunun artmasına imkan verir.

Rayon Statistika İdarəsindən Metbuat.az-a bildirilib ki, təkcə cari ilin birinci yarısında bölgədə 1991 yeni, daimi iş yeri açılıb. Açılan iş yerlərinin 1860-ı fiziki şəxslər tərəfindən, 120-si fəaliyyətdə olan müəssisə və təşkilatlarda, 14-ü isə yeni açılan obyektlərdə yaradılıb.

Ümumiyyətlə, bölgələrin sosial-iqtisadi inkişafına göstərilən dövlət qayğısı, həyata keçirilən irihəcmli layihələr Şamaxıda da əhalinin məşğulluğuna şərait yaradır. Təsadüfi deyil ki, 2003-cü ildən bəri rayonda 15 min 439 daimi iş yeri açılıb.

Şəkinin Xan sarayı ilə bağlı - YENİ QƏRAR - Oxumaq üçün tıkla



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR