Nazirlərin görüşü ilə bağlı

ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında iyulun 11-də Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Bu barədə Metbuat.az-a XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, görüş yerli vaxtla 19.00-da baş tutacaq.

XİN rəsmisinin sözlərinə görə, görüşdə danışıqlar prosesinin indiki vəziyyəti və danışıqların ciddi və nəticə yönümlü şəkildə aparılması əsas müzakirə mövzusu olacaq.

Şamaxıda yeni iş yerləri açılıb - RƏSMİ STATİSTİKA - Oxumaq üçün tıkla



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR