Zəhra üçün anım gecəsi keçiriləcək

“Zəhra” - müharibələrdə həlak olmuş uşaqların anım gecəsi keçiriləcək.

Metbuat.az xəbər verir ki, 14 iyul- da Muğam Mərkəzində Mədəniyyət və Turzim Nazirliyinin dəstəyi ilə keçirilən “Söz” layihəsi çərçivəsində bir neçə gün əvvəl ermənilər tərəfindən nənəsi Sahibə Quliyeva ilə birlikdə vəhşicəsinə qətlə yetirilən 2 yaşlı Zəhra Quliyevanın və müharibədə həlak olmuş digər azyaşlıların anım gecəsi keçiriləcək. Gecədə müğənnilər Nigar Camal, Sevda Ələkbərzadə, Tünzalə Ağayeva, Elnur Hüseynov, Fidan Hüseynova, şairlər Xəyal Rzazadə, Şəhriyar del Gerani, Mehman Rəsulov, Nigar Həsənzadə, Solmaz Suleymanlı, Leyli Salayeva iştirak edəcək. 

Qeyd edək ki, 17:00-da başlayacaq tədbirə giriş pulsuzdur.

Dilarə Zamanova


Kamran Həsənli kimi rüşvətlə efirə çıxarıb? - AÇIQLAMA - Oxumaq üçün bura tıkla



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR