Yuxusuzluqdan əziyyət çəkirsinizsə, bu çaydan için - XALQ TƏBABƏTİ

“İnsomnia” adı ilə tibbdə tanınan yuxusuzluq problemi insanlar arasında geniş yayılıb.

Metbuat.az xəbər verir ki, bu problem işinizə təsir etməklə qalmayıb, həyat keyfiyyətinizi də aşağı salır. Yuxusuzluq probleminin iki səbəbi var. Birinci səbəbə arada bir görünən tipik yuxusuzluq problemini nümunə göstərə bilərik. İkinci səbəb isə daha çox problemlərin depressiyaya çevrilməsi, oynaq ağrıları, iltihabdır.

Tipik yuxusuzluqdan əziyyət çəkirsinizsə, xalq təbabəti üsulları ilə xilas ola bilərsiniz. Bunun üçün bitki mənşəli çaylar köməyinizə çatacaq.

Pişikotu çayı

Bir stəkan qaynamış suya bir yemək qaşığı pişikotu bitkisi qoyulur və dəmlənir.

Yuxugətirici digər bitki mənşəli çaylar kimi pişikotu çayı da mərkəzi sinir sisteminə təsir edir. Üç gündən bir yalnız bir stəkan içmək məsləhət görülür.

Adrenalin hormonunun ifrazına səbəb olan bu çay insanda həyəcana yol açaraq, yuxuya getməni əngəlləyə bilər.

Pişikotu çayı yuxusuzluq problemi ilə yanaşı aybaşı sancılarına da yardımçı olur.

Aysel Yaqubqızı / Metbuat.az

Dəfnə yarpağı çayının faydaları - Bu, bir möcüzədir - Oxumaq üçün tıklayın


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR