Play Store

Süpürgəçilərin təhlükəsizliyi necə qorunur? - Gözlənilməz ölüm...

Süpürgəçilərin işi  gözlənilməz hadisələrlə zəngindir.

Metbuat.az xəbər verir ki, bəzən bu gözlənilməzlik onlara həyatları bahasına başa gəlir. Qaranlıq küçələri təmizləyərkən sözügedən təhlükə qaçılmaz olur.

Məsələ ilə bağlı Metbuat.az-a Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən verilən açıqlamada süpürgəçilərin iş rejimindən danışılıb:

“Süpürgəçilər 7 saat işləyirlər, 6 günlük iş rejimidir. Bazar günləri isə istirahət günü sayılır. Bazar günü işləyən işçi ikiqat əmək haqqı alır. Onların məzuniyyət günü isə 21 gün təşkil edir".

Bəs süpürgəçilərin hüquqları hansı səviyyədə qorunur?

“İş başında xəsarət alan süpürgəçinin ailəsinə müavinət verilməlidir”.

Bu sözləri Metbuat.az-a açıqlamasında hüquqşünas Asif Abdullayev deyib.

“O sahə bir az spesifikdir. Onlar hamı ilə eyni vaxtda işə başlaya bilməzlər, çünki onlar əvvəlcədən hazırlıq görməlidir və s. Süpürgəçilərlə bağlı növbəli iş rejimi tətbiq olunur. Əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş formada maksimum normanı keçməmək şərtilə növbəli iş rejimi tətbiq olunur.  Əmək vəzifələrini yerinə yetirərkən xəsarət alma halları baş veribsə, təbii ki burada müavinətin ödənilməsindən söhbət gedə bilər artıq. Həmin halda müavinət mərhumun ailəsinə ödənilməlidir”. Aytən Novruzova / Metbuat.az

"Od qiyməti"nə satılan yerli məhsullar - Qiymətlər niyə bahalaşır?-Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR