Biabır olmamaq üçün bu 30 etiket qaydalarını hər kəs bilməlidir - SİYAHI

İnternetdə 

Dostlarınıza istirahət guşəsində havanın temperuturunu göstərib ruhdan salmayın.

Paylaşdığınız şəkilin qısa açıqlamasını vermək daha yaxşı olar.

Sosial şəbəkələrdə dostunuzun şəklinin altındakı şərh bölməsində ikinizə aid mövzuları müzakirə etmək heç də vacib deyil. Bunun üçün şəxsi mesajlar var.

Dostlarınızı pis düşdükləri şəkillərdə işarələməyin.

Ünsiyyət zamanı "Caps Lock"-dan istifadə etməyin - bu birbaşa sohbət etdiyiniz adamın üstünə qışqırmaqdır.

"Haştaq"lardan çox istifadə etməyin. Onlar paylaşmanızı səliqəsiz göstərir.

"İnstagram"-da günə üç şəkldən çox paylaşmaq məsləhət deyil, əqər siz tətildəsinizsə, günə 5-6 şəkil bəs edər.

Sosial şəbəkələrdə yemək paylaşımı etmək artıq bir dəb halını alıb, bu, çoxları tərəfindən yaxşı qarşılanmır. Yemək şəkillərini üç halda paylaşmaq olar: əgər yeməyi özünüz bişirib və şərhə reseptini yazırsızsa; əgər bişirdiyiniz yeməyin hansısa tarixçəsi varsa; əgər çox qeyri-adi bir yeməkdirsə...                                                  

Salamlaşma zamanı

İlk olaraq, qadınlar kişilərlə, yaşca və vəzəfəcə kiçiklər - böyüklərlə salamlaşmalıdırlar.

Statusunuzdan aslı olmayaraq, otaqa daxıl olduqda, birinci salamlaşmalısız.

Əl vermədən əvvəl kişilər əlcəklərini çıxartmalıdırlar.

Əgər içəriyə daxil olan, oturan şəxs ilə əl verib görüşürsə, oturan ayağa galxmaıdır: oturaran yerdə əl verməzlər.

Əgər yanınızda gedən yoldaşınız kimləsə görüşürsə, siz də görüşməlisiz.

Tualetdən çıxarkən əl verib görüşməzlər.

Taksiyə oturarkən, sürücü ilə salamlaşmaq lazımdır.

Masanın arxasından əl verib görüşmək etik qaydalara uyğun deil.

Qonaqlığda

Əgər sizi qonaq çağırıblarsa, “Yenə kim olacaq?” sualını verməyin.

Əgər sizə qonaq gəlibsə, televizor və kompüteri söndürüb, qonaqlarınızla məşğul olun.

Qonaqlığda, və ya sizin evinizdə qonaq olarkən, telefonla 5 dəqiqədən çox danışmayın.

Evinizə qonaq gəlibsə, ona əvvəlcə əlini harda yuya biləcəyini göstərin.

Yemək zamanı masanın arxasına hər kəs yığılıbsa, mütləq evin sahibini gözləyib, sonra yeməyə başlamaq lazımdır.

Siz qonaqlığı hamıdan tez tərk edirsinizsə, yalnız ev sahibi ilə sağollaşın. Digər qonaqlarla sağollaşmağa başlasanız, bu, onlar üçün də getmək siqnalı ola bilər.

Restoranda

Əqər sizin partniyorunuz yeməyini bitirməyibsə, hesabı istəmək olmaz.

Salfeti burun dəsmalı kimi istifadə etmək olmaz.

Sous ayrı bir qabda verilibsə, onu, öz boşqabınıza qoyub, ordan yeyin.

Bardağdakı içkidən özünüzə süzmək istəsəniz, masanın arxasında oturan hər kəsə təklif edin.

  Telefonla                                                             

Vacib xəbərləri SMS vasitəsi ilə xəbər etməyin.

Kitabxanada, kinoda, teatrda, mühazirədə olarkən telefonunuzu səssizə alın.

5- ci qudokdan sonra dəstəyi asın.

Danışıq zamanı zəng kəsilirsə, zəngin təşəbbüskarı yenidən zəng vurmalıdır.

Turan Məmmədli/Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR