Play Store

Hansı provayder daha sürətlidir? - ADSL, yoxsa...

Evinə internet çəkdirmək istəyən şəxslərin ən çox verdiyi suallardan biri də hansı provayderin daha sürətli olmasıdır. Məsələni araşdırmaq qərarına gəldik.

Bununla bağlı Metbuat.az-a açıqlama verən İKT Mərkəzinin direktoru Fərid Kazımov bildirib ki, evə internet seçərkən fiber optik kanallarla verilən internetə üstünlük vermək lazımdır:

“Optik kabellərdən istifadə olunduqda internet daha sürətli olur. Adətən ADSL internetindən istifadə edərkən telefon xətlərindən istifadə olunur. Buna görə də, internet zəif olur. ADSL interneti ilə müqayisədə optik kanallarda sürət həddi daha yüksəkdir. Qiymətlərə gəlincə, demək olar ki eynidir. Fiber optik kanalların qiyməti o qədər də baha deyil. Bir çox operatorlarda minimal paketlər 18 AZN-dan başlayır. Bu qiymətlərlə hər bir insan normal internet sürəti ala bilər. ADSL provayderi internetin sürətinə müəyyən hədd qoyur. Fiber optik paketlərldə isə trafik həddi yoxdur. Bu da videokontentin inkişaf etdiyi bir zamanda çox yaxşı bir təklifdir. İnsanlar bundan istifadə edə bilərlər.

Təklif və reallıq fərqlidir

Bir çox provayderlər, xüsusilə də ADSL provayderlərinin təklif etdikləri sürət verdikləri sürətlə eyni gəlmir. Təklif olunan sürət insanların internetdən az istifadə etdiyi saatlarda verilir. Yəni, gecə 2-3-dən sonra. Amma pik saatlarda internetin real sürəti müqavilədə göstərildiyi kimi olmur. Bu da müəyyən mənada istehlakçşıların aldadılması deməkdir. Bu baxımdan, internet istifadəçiləri diqqətli olsalar yaxşıdır”.

Ölkədə mobil operatorların internet sürəti niyə zəifdir? – OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR