Azərbaycan erməni təxribatı ilə bağlı - NOTA GÖNDƏRDİ

Azərbaycan Küveytdəki səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə erməni silahlı birləşmələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdiyi təxribatla bağlı müvafiq nota göndərib.

Bu barədə Metbuat.az-a səfrilikdən məlumat verilib.

Bildirilir ki, təxribat zamanı Ermənistan silahlı qüvvələrinin Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 80 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olması, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinazın yaralanması ilə bağlı nota səfirlik tərəfindən Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı ilə birgə, Küveytin Xarici İşlər Nazirliyinə, həmçinin ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatlara göndərilib.

Məlumatda həmçinin qeyd olunur ki, Azərbaycan Küveytdəki səfiri Elxan Qəhrəmanın Ermənistan ordusunun təmas xəttində mülki vətəndaşlara qarşı törətdiyi son təxribatla bağlı müsahibəsi ölkə KİV-də yayımlanıb.

Küveytdə gündəlik ərəb dilində nəşr edilən və böyük oxucu auditoriyasına malik “Əl-Nahar” qəzetinin internet saytında səfir E.Qəhrəmanın “Ermənilərin son təxribatçı hücumu Ermənistanın terrorçu bir dövlət olduğunu sübut edir”, həmçinin “Əl-Cəridə” qəzetində “Azərbaycan Səfiri: Ermənistanın mülki vətəndaşları atəşə tutması beynəlxalq qanunları pozur” müsahibələri yayımlanıb. Küveytin Elektron xəbərlər portalında və “Əl-Biləd Xəbərlər agentliyində də səfir E.Qəhrəmanın erməni təxribatı ilə bağlı fikirləri yer alıb.

Diplomat Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulmasını vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut etdiyini qeyd edib. O, cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və yaşlıların olduğu mülki əhaliyə qarşı hücumların edilməsi sistematik xarakter daşıdığını bildirib.

Səfir Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulduğunu vurğulayıb.

Müsahibdə həmçinin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərindən sonra həmsədrlər və beynəlxalq təşkilatlar substantiv və ciddi danışıqlar yolu ilə status-kvonun dəyişdirilməsinə çağırışlar etdiyi halda, Ermənistan tərəfinin mülki şəxslərin və uşaqların qəsdən öldürülməsinə yönəlmiş təxribatlara əl atdığı oxucuların diqqətinə çatdırılıb. Səfir həmçinin, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğunun münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbi və münaqişənin siyasi həllinə başlıca maneə olduğunu Azərbaycanın dəfələrlə bəyan etdiyini qeyd edib.

Diplomat bildirib ki, Ermənistanın siyasi-hərbi rəhbərliyinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin və beynəlxalq təşkilatların münaqişənin həlli üçün substantiv danışıqlara çağırışlarına mülki şəxslərin qəddar şəkildə öldürülməsi ilə cavabı bir daha onu sübut edir ki, həmsədrlər beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq təşkilatların qərar və qətnamələrinə uyğun olaraq, Ermənistanın öz qoşunlarını tezliklə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmasını, işğala əsaslanan status-kvonun dəyişdirilməsini tələb etməlidirlər. O, yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Saat 19:00-da Qarabağın taleyi həll oluna bilər - DİQQƏT! - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR