Play Store

Qızılağac Dövlət Təbiət Qoruğunda - YANĞIN

Bu gün saat 14 radələrində Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, əsən külək nəticəsində yanğın qısa müddət ərzində 3 hektar ərazini əhatə edib.

Naməlum səbəblərdən baş verən yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumunun əməkdaşları cəlb olunub.

Hazırda baş vermiş yanğının qarşısının alınması istiqamətində ciddi və operativ tədbirlər davam etdirilir.

Bakıda yataqxana binasında yanğın - SAKİNLƏR TƏXLİYƏ OLUNDU - 0xumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR