Play Store

Müəllim olmaq istəyənlər üçün sonuncu - İMTAHAN

İyulun 19-da Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi müəllim olmaq istəyənlər üçün sonuncu elektron sınaq imtahanı keçirəcək.

Metbuat.az Təhsil Nazirliyinə istinadən məlumat verir ki, sınaq imtahanları həm Azərbaycan, həm də rus bölməsi üçün nəzərdə tutulub. İmtahanlar Bakı şəhəri 220 nömrəli tam orta məktəbdəki elektron imtahan mərkəzində təşkil olunacaq.

Elektron sınaq imtahanının üstünlüyü ondan ibarətdir ki, iştirakçılar imtahan bitən zaman dərhal öz nəticələrini görə bilirlər.

Qeyd edək ki, Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi cari ilin aprelindən başlayaraq müəllim olmağa hazırlaşanlar üçün elektron sınaq imtahanları keçirir. İmtahanlarda ölkəmizin bütün bölgələrindən müəllim olmaq istəyən şəxslər iştirak edir.

Elektron sınaq imtahanında iştirak üçün Təhsil Texnologiyaları Mərkəzinə müraciət edərək qeydiyyatdan keçmək mümkündür.

Dövlət qulluğuna qəbul imtahanlarının - VAXTI AÇIQLANDI - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR