Play Store

Mənzildən pul və qızıl oğurlayan şəxs tutulub - DİN

Paytaxtın 20 Yanvar küçəsindəki mənzillərdən birindən oğurluq edilməsi barədə DİN-in "102 Zəng Mərkəzi"nə müraciət daxil olub. Ev sahibəsi mənzilindən pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirb.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, məlumatla əlaqədar ərazi aidiyyatı üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarından və kriminalistlərdən ibarət əməliyyat qrupu hadisə yerində araşdırmalar aparıb.

Kriminalistlər mənzili müayinə edib, əl-barmaq izləri götürülüb, digər əməliyyat tədbirləri həyata keçirilib. Hadisə yerindən götürülmüş izlərin müvafiq qaydada ekspertizası əvvəllər məhkum olunmuş Hüseyn Quliyevin əl-barmaq izləri ilə eyniyyət təşkil etməsi barədə rəy verib.

Əməliyyat-axtarış tədbirləri ilə Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş H.Quliyevin yeri müəyyənləşdirilib. O, şübhəli şəxs qismində saxlanılaraq 19-cu Polis Bölməsinə gətirilib.

O, törətdiyi əməli etiraf edib. Bildirib ki, həmin mənzilə pəncərədən girmək yolu ilə daxil olaraq oradan 450 manat, 3100 ABŞ dolları və qızıl əşyaları oğurlayıb.

Faktla əlaqədar cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Sabirabaddan çox üzücü xəbər gəldi - 1 ölü, 3 yaralı var - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR