Fransız karikaturaçılar Bakıda anıldı (VİDEO)

Fransız karikaturaçılar Bakıda anıldı (VİDEO)
16:01 8 Yanvar 2015
102 Digər
Ölkə mətbuatı
A- A+

Fransada silahlı şəxslərin jurnal redaksiyasına hücum edərək 12 nəfəri öldürməsi ilə bağlı Azərbaycanda da anım mərasimi olub. Mərasim Fransanın Bakıdakı səfirliyində keçirilib.

ANS TV-nin məlumatına görə, Fransa səfirliyində matəm elan olunub. Bu ancaq səfirlikdə çalışanlara aid edirlir. Kənardan heç kim binanın içərisinə buraxılmır.

Səfriliyin qarşısındakı Fransa bayrağına qara lent bağlanılıb. Bu isə fransızların matəm içərisində olduğunu əks etdirir.

Xatırladaq ki, ötən gün Fransanın paytaxtı Parisdə satirik jurnal olan "Charlie Hebdo"nun mərkəzinə hücum olub. Üç nəfər jurnalın Nicolas Apper küçəsindəki mərkəzinə silahla basqın edib. Hadisə nəticəsində 12 nəfər ölüb. Onların arasında jurnalın tanınmış karikaturaçıları da olub. Jurnal Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarını çəkərək yerləşdirdiyi üçün sərt reaksiyalara hədəf olmuşdu.

Bu gün Fransada daha iki polis naməlum şəxsin açdığı atəşlə yaralanıb.

Hücumlardan sonra ölkədəki məscidlər hədəfə çevrilib. Fransada 3 məscidə silahlı hücum olub, qumbara atılıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=318470

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR