"Qarabağ" Gürcüstan çempionunu darmadağın etdi - YENİLƏNİB

Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunlarına start verilib.

Metbuat.az xəbər verir ki, təmsilçimiz "Qarabağ" mübarizəyə qoşulub. Ağdam klubu Tofiq Bəhramov adına Respublika Stadionunda Gürcüstan çempionu "Samtredia"nı qəbul edib.

Oyun başdan-sona "Qarabağ"ın üstünlüyü şəraitində keçib. 10-cu dəqiqədə penaltini dəqiq yerinə yetirən Əfran İsmayılov hesabı açıb. Birinci hissənin sonuna kimi Dino Ndlovu dubl edib. İkinci hissədə Ağdam klubu daha iki dəfə fərqlənməyə imkan tapıb. Nəticədə rəqibini 5:0 hesabı ilə darmadağın edən "Qarabağ" cavab görüşü öncəsi böyük üstünlük əldə edib.

Çempionlar Liqası

İkinci təsnifat mərhələsi, ilk oyunlar

11 iyul

"Qarabağ" (Azərbaycan) - "Samtredia" (Gürcüstan) - 5:0

Qollar: Əfran İsmayılov, 10 (pen.), Dino Ndlovu, 37, 45+1 (pen.), Donald Gerryer, 83, Miçel, 90+2

Baş hakim: Mete Kalkavan

Köməkçi hakimlər: Esat Sancaklar, Erdem Bayik

Dördüncü hakim: Halil Umut Meler (hamısı Türkiyə)

Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR