Play Store

Zakir Həsənov ABŞ Müdafiə katibinə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Missisipi ştatının Leflor əyalətində Dəniz Piyadaları Korpusuna məxsus KC-130 təyyarəsinin qəzası nəticəsində çoxlu sayda hərbi qulluqçunun həlak olması ilə bağlı Amerika Birləşmiş Ştatlarının Müdafiə katibi Ceyms Mattisə başsağlığı ünvanlayıb.

Metbuat.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, başsağlığında bildirilir:

“Missisipi ştatının Leflor əyalətində Dəniz Piyadaları Korpusuna məxsus KC-130 təyyarəsinin qəzası nəticəsində çoxlu sayda hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən sarsıtdı. Biz bu faciəli hadisədən çox kədərlənirik. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR