Şenes Erzik UEFA-dan ayrılır

16:02 8 Yanvar 2015
149 İdman
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 15:58 ]


Bakı – APA. UEFA-nın I vitse-prezidenti Şenes Erzik tutduğu vəzifədən ayrılmaq qərarına gəlib. Apasport.az xəbər verir ki, türkiyəli futbol adamı yanvarın sonunda təqaüdə çıxacağını açıqlayıb.

 

Ş.Erzik ayrılığın səbəbini yaşının çoxluğu ilə əlaqələndirib: “İstəsəm işimi davam etdirə bilərəm. Yəni, heç kim məni getməyə məcbur etmir. Amma bu qədər kifayətdir”.

 

Ş.Erzikin yerini isə digər bir türkiyəli tuta bilər. Çünki Türkiyə Futbol Federasiyası bu posta hazırda qurumda çalışan Sərvət Yardımcının namizədliyini irəli sürəcək.

 

Qeyd edək ki, Ş.Erzik 1982-ci ildə Lennart Yohanssonun dövründə UEFA-nın vitse-prezidenti vəzifəsinə təyin olunub və 33 ildi bu işi icra edir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368425

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR